Metronun "Avtovağzal” stansiyasının liftini sındırdılar

Metronun "Avtovağzal” stansiyasının liftini sındırdılar

Bakı Metropoliteni yeni açılmış “Avtovağzal” stansiyasında fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan liftin sındırılmasına aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev azvision.az-a bildirib ki, həmin lift sağlamlıq imkanları məhdud olan insanlar üçün nəzərdə tutulsa da, ondan digər şəxslər də istifadə ediblər.

QSC rəsmisinin sözlərinə görə, metrostansiyasının açılışından iki gün sonra liftə sərnişinlər tərəfindən ziyan vurulub: “Liftin giriş qapısına sərnişinlər güc tətbiq edərək mexanizmi sındırıblar. Artıq lift təmir olunub”.

Nəsimi Paşayev onu da bildirib ki, hadisə stansiyanın çölündə olduğuna görə, hazırda araşdırma aparılır. Həmin şəxslərin kimliyi ilə bağlı məlumatlar toplanır.

Qeyd edək ki, aprelin 19-da Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılışı olub. “Avtovağzal” stansiyasının 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki imkanları məhdud insanlar üçün lift də quraşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...