Azərbaycanda uşaqlara ən çox hansı ad qoyulur?

Azərbaycanda uşaqlara ən çox hansı ad qoyulur?

Ədliyyə Nazirliyi bu il Azərbaycanda doğulan uşaqlara qoyulan ən populyar adların statistikasını açıqlayıb. GUNDEMİNFO.AZ-ın məlumatına görə, Ədliyyə Nazirliyindən report-a bildirilib ki, iyunun 27-nə olan rəsmi məlumata əsasən, 2015-ci ildə dünyaya gələn körpələrə qoyulan adlar arasında Yusif adı birinci yerdədir.

Statistikaya əsasən, bu il 1377 oğlan uşağına Yusif adı qoyulub. Sonrakı yerləri Əli (1000), Hüseyn (951), Məhəmməd (615), Murad (638) adları tutub.

2015-ci ilin populyar qız adlarına gəlincə, yeni doğulan 1356 körpəyə Zəhra adı qoyulub. Sonrakı yerlərdə Nuray (1014), Fatimə (899), Aylin (717), Zeynəb (672), Ayan (618) adları gəlir.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda doğulan oğlanlara ən çox Yusif adı qoyulub (3967 nəfər). Qızlara verilən adlar siyahısında isə Zəhra birinci yerdə gəlib (3608 nəfər).


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...