Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verəcək

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verəcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il iyulun 7-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək. Virtualaz.org TQDK-ya istinadən bildirir ki, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00-da başlanacaq. Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2015-ci il aprelin 26-da keçirilib. Həmin imtahanda 7873 abituriyent iştirak edib, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb. Qeyd edək ki, imtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 142 nəzarətçi müəllim ayrılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...