Rauf Mirqədirovun həbs müddəti noyabrın 16-dək uzadılıb

Rauf Mirqədirovun həbs müddəti noyabrın 16-dək uzadılıb


Bu gün Nəsimi Rayon Məhkəməsində Azər Paşayevin sədrliyi ilə jurnalist Rauf Mirqədirovun həbs müddəti daha 2 ay uzadılıb. Təqdimat sentyabrın 3-də prokurorluqdan daxil olub. Lakin müdafiə tərəfi bundan əvvəl R.Mirqədirovun həbs müddətini uzatmış hakim Şəlalə Həsənovaya etiraz etmişdi. Vəkil Elmar Süleymanov Turan-a bildirib ki, etiraz təmin edilib və iş baxılmaq üçün hakim Azər Paşayevə verilib. Prokurorluq R.Mirqədirovun həbsdə saxlanmasını “onun yaşayış yerinin bəlli olmaması, qeydiyyat üzrə yaşamaması və istintaqdan yayına bilməsi ehtimalı” ilə əsaslandırıb.

Müdafiə tərəfi bu fikirləri rədd edərək bildirib ki, R.Mirqədirovun yaşadığı yer haqqında notarius tərəfindən təsdiq edilmiş sənədlər istintaqa təqdim edilib. Vəkillər istintaqı bu sənədləri məhkəməyə təqdim etməyə çağırıblar. Lakin hakim bu vəsatəti təmin etməyib.
R.Mirqədirov həbs müddətinin uzadılmasına səbəb olmadığı üçün bunun əleyhinə çıxıb. Lakin hakim həbs müddətinin noyabrın 16-dək uzadılması barədə qərar qəbul edib.


Müdafiə tərəfi məhkəmə qərarından apellyasiya vermək niyyətindədir. Vəkil E.Süleymanov qeyd edib ki, bu, həbs müddətinin sonuncu dəfə uzadılmasıdır, çünki qanuna görə, məhkəməyəqədərki həbs müddəti 19 aydan çox ola bilməz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1044 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...