Azercell daha iki jurnalisti Londonda təhsil almağa göndərir

Azercell daha iki jurnalisti Londonda təhsil almağa göndərir

Azercell daha iki jurnalisti Londonda təhsil almağa göndərir

Azercell Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi Jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb. Oktyabrın 7-də keçirilən mətbuat konfransına Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev də qatılaraq bu layihənin KİV nümayəndələrinin ingilis dili biliklərinin inkişafına kömək etdiyini və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olduğunu vurğuladı və növbəti illərdə də ingilis dili kurslarının davam edəcəyinə ümid etdiyini söylədi.

Sonra bu il ingilis dili kursunu uğurlu başa vuran 73 jurnalistə sertifikatlar təqdim olundu. Eyni zamanda, imtahanlarda yüksək nəticələr göstərən jurnalistlərin adları açıqlanaraq, onların Böyük Britaniyada ingilis dilininin təkmilləşdirilməsi kursuna göndərilməsi barədə məlumat verildi. Bu il Londona səfər edəcək qalib jurnalistlər ATV telekanalının əməkdaşı Səma Əhmədova və “Palitra” qəzetinin müxbiri İlkin Ağayev oldu.
Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Azercell şirkətinin dəstəyilə İngilis dili kurslarına növbəti qeydiyyat isə oktyabrın 8-dən başlayır. Qeydiyyat üçün media nümayəndəsindən vəsiqəsinin surəti, iş yerindən arayış və dərc olunmuş son üç məqaləsini Kaspi Təhsil Şirkətinə təqdim etməsi tələb olunur. Son qeydiyyat tarixi 21 oktyabrdır.

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...