Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Sentyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
605 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...