“Çoxu məmur olandan sonra elmi ad alıb” - Aqil Abbas

“Çoxu məmur olandan sonra elmi ad alıb” -


Son illər dövlət məmurları və siyasətçilər arasında elmi ad almağa meyil edənlərin sayı daha da artıb. Artıq təkcə Prezident Administrasiyasında yüksək post tutan şəxslər yox, nazir müavinləri, icra başçıları da akademik statusuna yiyələnirlər. Məhz buna görə də bir çox universitetlərdə kafedranın qapısını ayda bir dəfə belə açmayan şəxslər müdir vəzifəsini tutur.

Maraqlıdır, elmi ad almaq bu təbəqə arasında niyə dəb halını alıb?

Millət vəkili Aqil Abbas məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, hər bir kəsin vəzifə və səlahiyyətindən asılı olmayaraq elmlə məşğul olmağa ixtiyarı var:

“Şəxs elmlər doktoru da ola bilər, professor da… Buna Azərbaycan Konstitusiyasında hər hansı bir qadağa qoyulmayıb. Sadəcə olaraq 1970-80-ci illərdə ulu öndər Heydər Əliyev belə şeyləri yasaqlamışdı. Bildirmişdi ki, məmurlar ya gedib işləri ilə, ya da elmlə məşğul olsunlar. Bəzilərinin məhz vəzifələrindən istifadə edərək akademik adını alması başqa bir şeydir. Amma onların arasında həqiqətən elmlə məşğul olanlar da olub. Mən bildiyim qədərilə Ramiz Mehdiyev vaxtilə Elmlər Akademiyasında işləyib. Amma akademik adını vəzifəsinə, yoxsa digər bir şeyə görə alması artıq başqa məsələdir. Dövlət məmurları var ki, çoxu məmur olandan sonra elmi ad alıblar. Onların nəyi necə müdafiə etdikləri, bu məsələdə vəzifələrindən istifadə olunub-olunmaması sizin-bizim deməyimizlə dəyişmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...