“MSK sənədləri göndərdikdən sonra Konstitusiya Məhkəməsi 10 gün ərzində qərar verəcək”

“MSK sənədləri göndərdikdən sonra Konstitusiya Məhkəməsi 10 gün ərzində qərar verəcək”


Konstitusiya Məhkəməsi noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələrinin təsdiq edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, KM bu təcrübəni bir neçə dəfə keçib. F. Abdullayev deyib ki, seçkilərlə bağlı sənədlər hazırda Mərkəzi Seçki Komissiyasındadır: “Mərkəzi Seçki Komissiyası qanuna əsasən səsvermə günündən sonra 20 gün müddətində yekun qərarını verir və bundan sonra sənədlər Konstitusiya Məhkəməsinə göndərilir. Konstitusiya Məhkəməsi qanunda nəzərdə tutulan 10 gün müddətində öz qərarını verəcək və bundan sonra Milli Məclis ilk iclasına başlayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1015 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...