"Real" Ronaldonu satır?

"Real" Ronaldonu satır?


"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo komandadan ayrıla bilər. Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, buna portuqaliyalı futbolçunun son dönəmlərdəki davranışları səbəb olub.

30 yaşlı futbolçu İspaniya La Liqasının son turunda "Sevilya" ilə oyundan öncə (2:3) "Real"ın prezidenti Florentina Perezə "Beniteslə biz heç bir titul qazana bilməyəcəyik" söyləyib. Üstəlik Ronaldonun daha öncə verdiyi açıqlamasında "Real"dan ayrıla biləcəyini söyləməsi Perezi narazı salıb.

Bu səbəbdən Perezin yaxın dostlarından birinə Ronaldonu satmağa hazır olduqlarını bildirdiyi iddia olunur. Onun transferində maraqlı olan klub təzminat qiymətini ödəyəcəyi təqdirdə Ronaldo "Real"dan ayrılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1041 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...