SPACE TV dəyişir: avadanlıq yenilənir, maaşlar verilir…

SPACE TV dəyişir:
Gundeminfo.az xəbər verir ki, bu barədə Axar.az-a SPACE TV-də çalışan əməkdaşlar bildiriblər. Onların sözlərinə görə, Müşfiq Hətəmovun kanala baş direktor gəlməsi ilə televiziyanın maddi durumunda ciddi fərq hiss olunur.

“Böyük ümidlə yeni mövsümdə fərqli bir SPACE TV görmək imkanınız olacaq. Hazırda isə ən ciddi islahatlar SPACE-nin radiosunda gedib. Bu gün SPACE TV ilə “Promedia qrup” prodakşn arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən SPACE-nin radiosunun bütün texniki vəsaitləri ən müasir texnikalarla əvəzlənəcək və yeni kollektivlə yeni radio verilişlərin yayımı başlayacaq. Bir sözlə, SPACE radiosu düşdüyü acınacaqlı durumdan çıxır”, - deyə mənbə bildirib.

Qeyd edək ki, M.Hətəmov SPACE TV-yə 20 mayda rəhbər təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1233 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...