Bakı-Sumqayıt yolundakı yol nişanları niyə götürülüb? rəsmi açıqlama

Bakı-Sumqayıt yolundakı yol nişanları niyə götürülüb?


Bakı-Sumqayıt yolunda sürücülər hər an radara düşə bilər. Axar.az xəbər verir ki, Sumqayıtdan Bakıya gələnlər “Ekologiya postu” adlanan ərazini keçəndən sonra 90 km/saat sürət nişanını görüb buna uyğun hərəkət edirdilər. Artıq iki aydır həmin nişan götürülüb. Sürücülər hansı sürətlə hərəkət edəcəklərini müəyyənləşdirə bilmirlər. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik Kamran Əliyev “Avtosfer.az”a açıqlamasında nişanların götürülməsini yolda aparılan təmir işləri ilə əlaqələndirib. O bildirib ki, nişanlar yaxın vaxtlarda bərpa olunacaq:

“Çox güman ki, orada sürət həddi əvvəlki kimi 90 km/saat müəyyən ediləcək. Çünki bu yolun keçdiyi ərazi yaşayış məntəqəsi sayılmır və ərazidə yerüstü piyada keçidi var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...