Suriya Türkmənləri kimdir...

Suriya Türkmənləri kimdir...


1117-cı ildən bölgədə hakimiyyət Atabəylərin əlinə keçdi. Suriya Səlcuqlarının Şam qolu, Atabəy Tuğtəkin tərəfindən yönətilirdi. Səlahəddin Əyyubinin ölümündən sonra bölgəyə bir başqa Türk dövləti olan Məmlüklülər hakim olmuşdur. Anadoluya hakim olan Səlcuqlu Dövləti isə 1243-ci ildə Moğolların yapdığı savaşıda məğlub olmuşlar. Bu basqının nəticəsində özəlliklə Kayseri və Sivasda yaşayan türkmənlər, Məmlük sultanı Baybars zamanında Suriya bölgəsinə yerləşmişlər.

Bu dönəmdə Suriyaya gelib Şamda yerləşən türkmənlər, Elxanlı hökümdarı Əbu Səid Bahadır xanın ölümündən sonra çıxan siyasi konfliktdən faydalanaraq 1337-ci ildə Elbistan yaxınlığında Dulqadiroğulları bəyliyini qurmuşlar. Yavuz Sultan Selim, 1516-cı ildə Məmlüklüləri yenərək bu günkü Suriya torpaqlarını Osmanlılara bağlamışdır. 1916-cı ilin sonuna qədər bu bölgədəki Türk hakimiyyəti, kəsintisiz olaraq 402 il sürmüşdür. Bu sürədə bölgə insanları, dərin Türk kültürünün təsiri altında qalmışdır. Bu təsir özünü ən çox dil qonusunda göstərmişdir. Suriya ərəblərinin ləhcəsi ən çox türk sözləri qəbul etmiş ərəb ləhcəsidir.

I Dünya Savaşının sonuna qədər Osmanlı hakimiyyətində qalan Şam, Trablus və Hələb əyalətləri şəklində yönətilən Suriya, Türk yönətimi altında kültürəl, sosial və ekonomik sahələrdə qalxınma və ən sabit dönəmini keçirmişdir. 30 oktyabr 1916-cı il Mondoros müqaviləsinə qədər aşağı yuxarı 500 il Türk hakimiyyətində qalan Suriya, ingilis və fransız işğalına uğramış, 1936-cı ildə isə Fransadan asılı cümhuriyyət olmuşdur. 20-cı əsrin ortalarında çox sayda Suriya türkməni ərəbləşmiş, beləcə bu ölkədə yüz illərdir sürən assimiliyasiya son dönəmdə də davam etmişdir. Oğuz türkmənlərinin və Məmlük qıpçaqlarının nəvə-nəticələri olan Suriya türkmənlərinə Bayır-Bucaq türkmənləri də deyilməkdədir. Türkmənlər Suriyada azınlıq kimi qəbul edilməməkdədir. Xalq içərisində də "türkmənlər" olaraq adlandırılır. Suriyada Bayat, Afşar, Kadirli, Ərəbli, Bəymişli, Haçəli, Qarakeçili, Əsabəli, Musabəyli, Elbəyli, Axar, Heyran, qaraşlı, çandırlı, Günəşli, Sincar kimi türkmən boyları yaşamaqdadır. Bu türkmən boyları ilə Anadoludaki Türk boyları arasında inanclar, gələnəklər və folklor baxımından çox önəmli bənzərliklər var. Suriyada yaşayan türkmənlərin sayı haqqında yaxın zamanlarda verilən təxminlər - 1 milyon daha azdır. Gerçək rəqəmlər 3 – 3,5 milyon arasında təxmin edilir. Bunların üçtünə ərəbləşmiş türklənləri də gəlsək, onların sayı iki qat artır. Suriyadakı türkmənlərin başında olanKal Muhamməd Mustafa Paşa, onun oğlu Haçı Nasan Mustafa Paşa,şemdi Faruk Mustafa Paşa Əcəmdəki Belva Merhan( Selva) kəndində yaşayırlar. Özləri Suriyadakı türkmənləri yüzillərdir bir arada toplayan Haçəli tayfasındandır.

Suriyada toplam 523 türkmən kəndi vardır. Suriya hökuməti, son illərdə türkcə yer adlarını ərəbləşdirməyə başlayıb. Əsabəyli - Əsəviyyə, Kabamaz - Bəlutiyyə, Merhan - Selva, Daşlıoyuk - Talhacr, Turunca - Umitüyur, Karınca - Behlüliyyə olmuşdur. Suriyada türkcə təhsil verən bir məktəb olmadığı üçün türkmənləri bir arada tutan hər hansı təşkilat yoxdur. Kənd və qəsəbələrdə yaşayan türkmənlər öz aralarında türkcə qonuşmağı sürdürürlər. Yüksək təhsil alan türkmənlərin sayı çox azdır və onlar da Türkiyədəki məktəblərdə oxumuşdur. Türkcə çıxan mətbu yayın orqanları, 1922-ci ildən 1937-ci ilə qədər sürgündə olmuş Refik Halitin sayəsində çıxan "Doğru Yol" və "Vəhdət"dir. Suriya türkmənləri şivələri və ədəbiyyatları baxımından Türkiyənin bir uzantısı kimidir. Suriyada qonuşulan ağız da, Türkiyənin Hatay bölgəsində qonuşulan türkmən ağızlarının eynidir. Hama və Humus türkmənlərinin şivesə isə əski Osmanlı dilinə daha yaxındır. Və bazi hallarda Azərbaycan türkcəsinə də yaxın sayılır. Suriyanın Ağ dəniz sahillərində başda Lazzikiyə şəhər mərkəzində Basit, Bayır, Behlüliyyə, Kesap məhəllərində Bayır-Bucaq türkmənləri yaşamaqdadır.

Suriya hökuməti burada son illərdə türkcə yer adlarını ərəbcəyə çevirmişdir. Lazzakiyədə olan bəzi türkmən kəndləri: Karamustafa, Büyükpınar, Kıy Çiçekliyaz, Hayat, Sallor, Al Yamamah, Assamra, Şamam, Um Tuyur, Zənzəf, Turunc, Meydancık, Hacranlı, Hasancık Saray, Camuslu, Bədirsiyə, Karaca, Camurlu, Bostancık, Fakıhasan, Karabacak, Mollomahmutlu, Ubeydiyə, Karamanlı Kara Cücük, Türkmenli, Çalkamanlı, Ali, Elmalı, Abanlı, Bayır, Gebelli, Dervişhan, Gebere, Şeren, Karaahmet, Yumuşak, Melikli, Kebir, Murtlu, Karakisa, Ulucak, Karapınar, Karamanlı, Yukarı Karamanlı, Saldıran, Karacagöz, Asapınar, Kulcuk Pınar, Cukurcak, Nisibin, Daşdaşan, Covkaran, Sarraf, Kapıkaya, Ablaklı, Kapaklı, Canacık, Çınarlı, El Kasap, Kislecik, Kuruca, Kızınca, Ağcabayır, Sulayıp. Osmanlı Dövləti dönəmində Türk əhalisinin idari mərkəzi Hələb idi. Hələb küçələrində türkcə qonuşulan bir yerdi. Türk memarlığı və sənət əsərləri Hələbdə olduqca çoxdur. Hələb şəhərində türkmənlərin sayı 400 min təxmin edilir. Hələbdə bəzi bəzi türkmən kəndləri: Kərpicli, Daşlıoyuq, Sakizlar, Bozluca, Ağdaş, Beyliz, Kanlı Köy, Gavureli, Belverən, Kurucu Höyük, Taşatan, Dadlı, Belli, Sakkalveren, Kara Yakub, Karataş, Karakuz, Balalıköy, Bandarlık, Duraklı, Anbarlı, Karabaş, Birelli, Avşar, Küllü, Dabık, Yazlı bağ, Kara Mazraa, Azak, Havaköy, Sinekli, Çobanbey, Kurt, Öküzöldüren, Kalkum. "Humusda kim desə ki, mən türkmən deyiləm, demək o Humuslu deyil". Bunu Suriya tarixçisi Süheyl Zakkar deyib. Həm o, həm də əski ərəb tarixçisi Bin Əl Əsirə görə, 11-ci əsrdə Humusu böyük bir zəlzələ tamamilə viran etmişdir. Sonra Humusu yenidən təmir edən türkmənlərdir - zingilər və Səlcuqlular. Humusun mərkəzində əski yerlərindən birində adı Haratul-Türkmən və əski şəhər qapılarından biri Babu-Türkməndə (Türkmən qapısı) bu günlərdə yaşayan türkmənlər təmamən ərəbləşmişlər. Türkmənlər genəlliklə Humusda və Humus kəndlərində və bəzi Hama kəndlərində yaşamaqdadır. Osmanlı imperatorluğunun dövründə buralara yerləştirilməyə dəvət edilən oymaqlar bunlardır: Kara Avşar, Ünallı, Düşer oğlanı, Hama Deyeri, Mustafa kethüda, Hama Düyeri, Dərviş kethüda, Şam Bəymişlisi, Hüccətli, Kapu-uyak, Çozlu Çerkez-oğulları,

Bozlu, Salur türkmənləri, Dindaş oğlu, İsmail Bozuluca, Gəncəli Avşar, Qızıl Əli, Kara Halil. Humus və Hamaya bağlı bazi türkmən kəndləri: Zara, Mitras, Bdada, Arcun, Alhusun, Dar Kabira, Kızıl, Burc Kaya, Akrab, Kara Halilli, Tulluf, Hazzur, Huvvur El Türkman. Türkmənlərin kütləvi yaşadığı yerlərdən biri Künteyra bölgəsi Fələstin sınırlarına çox yaxındır. Qafqazdan gələnlər 1878-ci ildə buraya yerləşmişlər. Buradakı bəzi türkmən kəndləri: Hafr, Əl Qadiriyyə, Kafr Hafah, Zabya, Əl Rezzaniyyə, Əhmədiyyə, Hüseyniyyə, Ayn Kura, Ayn Sümsüm,Ayn Alak, Üleyka, Ayn Ayşa , Şam və Draa şəhərlərində türkmənlərin oturduğu böyük bir məhəllə vardır. Ayrca Havran ovasında da türkmənlər var. Şamda və Draada olan bəzi türkmən kəndləri: Kaldun, Ruhaybə, Adra, Busra, Maarba, Burak kəndləri var.

DR.MUKHTAR FATIH TÜRKMƏNOĞLU



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...