Bu körpəyə kömək edin - YAŞAMASINA SƏBƏ OLUN

Bu körpəyə kömək edin -


Ağdaş rayonu Fariz Səfərov küçəsi ev 12 sakini Xəlilov Azad Ramis oğlu tərəfindən

M Ü R A C İ Ə T

Bu müraciətimi etməklə bütün imkanlı şəxslərdən körpə balamın müalicəsinə maddi köməklik göstərmələrini xahiş dirəm.Belə ki, 05 may 2015-ci il tarixdə anadan olmuş qızım Müjdanın ürəyində qüsur var.

Həkimlər təcili əməlliyat olunmasa öləcəyini bildiriblər.Buna görə Neftçilər Xəstəxanasında müayinə edib cərrahiyə əməliyyatı edilməsi üçün Topçubaşov adına xəstəxanaya göndərdilər.Ancaq orada cərrahiyə əməliyatı üçün bizdən pul istənildi.

Bizim isə maddi imkanımız yoxdur, yoxsul vəziyyətdə yaşayırıq.Həm də dostumun uşağı həmin xəstəxanada cərrahiyə əməliyyatı olunan zaman dünyasını dəyişdi.Buna görə də qorxuruq.Ancaq böyük övladımı Neftçilər Xəstəxanasında həkim Rəşad Mahmudov cərrahiyə əməliyatı etmişdi.Bu əməliyyat çox uğurlu alınmışdı və hazırda həmin övladım 1-ci sinifdə oxuyur tam sağlamdı.Rəşad həkim bu il Parlament sçkilərində seçicilərin səsini qazanıb deputatdır.

Biz istəyirik ki, qızıl əllərin sahibi olan Rəşad həkim xəstə övladımızı cərrahiyə əməliyatı etsin.Qeyd edim ki, böyük övladımda bu xəstəlikdən əziyyət çəkirdi , Neftçilər Xəstəxanasında həkim Rəşad Mahmudov cərrahiyyə əməliyyatı etmişdir.Çox imkansızıq, ailəmizdə heç kəs işləmir.Ağlamaqdan gözümüzün yaşı quruyub.Acından ölməyimiz yox körpə balamızın gözüm baxa-baxa əziyyət çəkməsi bizi üzüb. Mətbuat vasitəsi ilə bütün imkanlı insanlara müraciət edib xahiş edirik körpə Müjdanın həyatda qalıb yaşamasına kömək edin.Ümüd edirik ki, millət vəkili həkim Rəşad Mahmudov bu müraciətimizi oxuyub balaca Müjdanın yaşamasına köməklik edəcək.

Əlaqə telefonu; 050 455-37-37

Bank hesabı ; Kapital Bank Filial kodu; 200606

Vöen; 9900003611

Süft kod ; AİİBAZ2X

Müxbir hesabı; AZ37NABZ01350100000000001944

Benefisiarın adı; Nəcəfova İlahə Təvəkkül qızı

Benefisiarın kodu; AZ77AİİB38010019446006510160


Bu körpəyə kömək edin -
Bu körpəyə kömək edin -
Bu körpəyə kömək edin -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...