Ned Prays Qarabağdan danışdı: "Son vaxtlar uğursuzluqlar gördük"
"Yaxın günlərdə Dövlət katibi Entoni Blinkenin prezident Əliyevlə (Azərbaycan Prezidenti İlham Əliyev - red.) danışmaq imkanı olacağına ümid edirəm".
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dünən keçirilən mətbuat konfransında deyib.
“Ötən ilin sonunda dövlət katibinin həmkarları arasında sədrlik etdiyi bir neçə görüş, ortalarında isə katib Blinkenlə Ermənistanla Azərbaycan arasında üçtərəfli görüş oldu. Biz bunu “Blair House”da (ABŞ prezidentinin Qonaq Evi) etdik. Biz bunu Nyu Yorkda etdik. Təbii ki, Dağlıq Qarabağa (Qarabağdakı qondarma rejim - red.) gəlincə, biz son vaxtlar uğursuzluqlar gördük. Biz konstruktiv dialoqun bərpa olunduğunu görmək istəyirik. Biz ikitərəfli əməkdaşlıq etməyə hazırıq. Biz keçmişdə etdiyimiz kimi, ATƏT vasitəsilə və ya lazım gəldikdə, üçtərəfli qaydada tərəfdaşlarla və tərəfdaşlar vasitəsilə əlaqə saxlamağa hazırıq”, - N.Prays deyib.
Qeyd edək ki, E. Blinken yanvarın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonda danışıb.
477 dəfə oxundu