İcra başçısı növbəti səyyar qəbul-görüş keçirib

İcra başçısı növbəti səyyar qəbul-görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır. "Gundeminfo.az" xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Ədalət Paşayev küçəsində keçirilib.

Qəbulda YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.

Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızın bölgələrində, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. Rayon rəhbəri Şuşa-Laçın yolunda ekoloji terrora qarşı keçirilən aksiyadan da danışıb, bu aksiyanın xalqın səsi olduğunu vurğulayıb.
Sonra şəhərin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, müharibədən dərhal sonra şəhərin müharibədən zərər çəkmiş küçələrinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 288 min kvadratmetr, rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt örtüyü salınıb. Küçələrin istinad divarları müxtəlif bəzək daşları və aqlaylarla üzlənib, əvvəlkindən də gözəl olub.
İcra başçısı növbəti səyyar qəbul-görüş keçirib
İcra başçısı növbəti səyyar qəbul-görüş keçirib
İcra başçısı növbəti səyyar qəbul-görüş keçirib

İcra başçısı növbəti səyyar qəbul-görüş keçirib

Hazırda Tərtər şəhərində 5 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni bina tikilir, şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov küçələrində geniş təmir işləri aparılır. Küçələrin istinad divarları müxtəlif bəzək daşları və aqlaylarla üzlənir, səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunur, səkilərə asfalt döşənir, yeni yaşıllıq zolaqları yaradılır, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır. Görülən işlər təkcə küçələrin abadlaşdırılması ilə başa çatmır. İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına park da yenidən qurulub. Parkda köhnə tamet daşları yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. Parkda qoyulmuş M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları aqlay və bəzək daşları ilə üzlənib, mühəccərlər təmir olunub, insanların istirahəti üçün şərait yaradılıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Sakinlərdən İsrafil Həsənov Şah İsmayıl Xətai küçəsinə internet xəttinin çəkilməsi, Kəmalə İsmayılova yaşadıqları binanın həyətində qaraj tikilməsinə icazə verilməsi və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya, şəhərdə aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...