Deyirlər ki, adına köhnə maşını var, sənə yardım düşmür

Deyirlər ki, adına köhnə maşını var, sənə yardım düşmür
Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, sosial layihə illərdir icra edilməsinə baxmayaraq, bu günədək yardımın effektiv olmadığı görünür:

"Hesab edirəm ki, həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə keçirilsə, yaxşı olar: “Azərbaycanda bu məsələyə 15 ilə yaxındır 300 milyon manatadək vəsait sərf olunur. Bəlkə də daha effektiv olması üçün ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır. Birinə deyirlər "Adına köhnə sovet maşını var və sənə yardım düşmür", yaxud "Adına torpaq sahəsi var sənə yardım düşmür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...