Əkiz qardaşlar hərbi xidmətdən yayındı, biri həbs edildi
Azərbaycanda hərbi xidmətə getməkdən yayınan gənc həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Laçın Rayon Məhkəməsinin 24 oktyabr tarixli hökmü ilə rayonun Qarakeçdi kənd sakini, 2004-cü il təvəllüdlü İlkin Quliyevə (şərti) 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, 2022-ci ilin aprel ayında İlkin Quliyevə və əkiz qardaşı Qulama (şərti) 18 yaşları tamam olduqdan sonra həqiqi hərbi xidmətə yollanmaqla bağlı çağırış vərəqəsi gəlib. Lakin onlar hərbi xidmətə getməkdən imtina ediblər. Aidiyyəti dövlət qurumundan İlkin və Qulam qardaşları ilə əlaqə saxlayıb bölməyə dəvət etsələr də, hər ikisi telefonlarını söndürüb.
Onlar habelə kirayədə qaldıqları yaşayış yerini dəyişdirərək gizləniblər. Yerləri müəyyən edildikdə isə qardaşlar ülgüclə qollarına xəsarət yetiriblər. Gənclər psixoloji durumlarının hərbi xidmətə getməyə uyğun olmadığını bildiriblər.
Lakin sonradan hər iki şəxs bir neçə dəfə tibbi müayinədən, eləcə də psixoloji müayinədən keçiriliblər və xidmətə yararlı olmaları müəyyən edilib. Bundan sonra da hərbi xidmətdən yayınan İlkin 1 saylı Respublika Psixiatrik Xəstəxanasına aparılıb. Orada da onda ciddi problemin olmaması barədə rəy verilib və hərbi xidmətə yararlı elan edilib. Buna baxmayaraq, İlkin heç vaxt hərbi xidmətə getməyəcəyini deyib. O, əsgərliyə gedərsə, nəsə pis bir hadisənin baş verəcəyindən qorxduğunu söyləyib.
Bundan sonra İlkin Quliyev barəsindəki materiallar Laçın Rayon Prokurorluğuna göndərilib və onun barəsində cinayət işi açılıb.
474 dəfə oxundu