Diş həkimindən reanimasiyaya - Stomatoloq səhvi, yoxsa?
Azərbaycanda bloger Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu barədə jurnalist, bloger Ramal İsayev sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, dişini müalicə etdirən blogerin bədəninə infeksiya düşüb və sürətlə yayılıb: "Diş həkimi müalicə zamanı yerli keyitmə əvəzinə, ümumi narkozdan istifadə edib. Dişində problem vardı. Bu zaman da dişindəki infeksiya narkoz borusu vasitəsilə bütün bədəninə yayılıb. Hazırda reanimasiyadadır, vəziyyəti çox ağırdır”.
Xəstəxanadan bildirilib ki, blogerin durumu yaxşılaşsa da həyatına hələ ki təhlükə qalır. İlkin məlumatlara görə, səbəb streptokok mənşəli bakteriyanın bədənə yayılmasıdır. Pasiyent ağıl dişini çəkdirib, o da badamcıq nahiyəsinə yaxın olub, narkoz altında olduğu üçün bu bakteriya sürətlə qana keçib, özünü bildirib.
Qeyd edək ki, bloger Asya Aslanovanın son vəziyyəti də açıqlanıb. Blogerin vəziyyəti pisləşib və o, süni tənəffüs aparatına qoşulub. Bu barədə bloger Ramal İsayev məlumat verib: "Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.
Bəs baş verənlərdə diş həkiminin səhvi varmı? Pasiyentlər stomatoloqa gedərkən nəyə diqqət etməlidirlər?
Ölkədəki stomatoloji kabinetlərin hamısının lisenziyası varmı?
Qeyd edək ki, son dövrlərdə stomatoloji klinikalardan şikayətlər çoxalmaqdadır. Ekspertlərin dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilib ki, VİÇ və "Hepatit C” xəstəliklərinin yayılmasına təsir göstərən faktorlar arasında ilk yerlərdə stomatoloji xidmətlər də göstərilir. Azərbaycanda həkim və ya biznesmen olan istənilən şəxsin müvafiq lisenziya alıb, stomatoloji mərkəz aça bilməsi mümkündür. O da qeyd edilir ki, hazırda ölkəmizdə göstərilən stomatoloji xidmətlər beynəlxalq standartlara cavab vermir. Hətta bir neçə il əvvəl Azərbaycanda stomatoloji xidmətlərin fəaliyyətinin nizamlanması haqqında qanunun qəbul ediləcəyi də müzakirə edilirdi.
Tibb elmləri üzrə fəlsəfə doktoru, stomatoloq-cərrah Vidadi Quliyev mövzu ilə bağlı "Yeni Müsavat”a fikirlərini açıqlayıb: "Əgər xəstənin ağzında iltihablı diş varsa, oradan iltihab qana keçər. Biz bəzi hallarda diş çəkirik, qanla bərabər iltihab gəlir. İrin heç vaxt oradan qana keçmir. Üçüncüsü də, o həkim, elə o blogerlərin təriflədiyi, reklam etdiyi bir həkimdir. Mən o həkimi şəxsən tanımıram, amma hər gün onu reklam edirlər. İndi blogerin özünə bir şey olan kimi düşürlər həkimin üstünə ki, günah həkimdədir. Burada narkozdan da söhbət gedə bilər. Çox adam gəlir ki, əməliyyatdan qorxuram, narkozla edin. Narkozla əməliyyat üçün müayinə etmək lazımdır, demək olar ki, bütün orqanları yoxlamaq lazımdır. Mən o qədər narkozla olan xəstələri təxirə salmışam, yalnız yoxlandıqdan sonra gəlmələrini demişəm. Orada qana infeksiya keçməsi ilə bağlı olan fikir tamamilə absurddur. Elə bir şey ola bilməz. Amma narkoz verən briqadanı da tanımıram. Ola bilər ki, narkozdan hər hansı şəxsdə bu hal baş verə bilər. O xəstə yoxlanmalıdır ki, ona narkoz verilə bilər, yoxsa yox. Bunu da həkim yox, narkoz həkimi soruşmalıdır”.
Həkim ağıl dişinin belə fəsadlar verib-verməməsinə də fikir bildirib: "Aşağı ağıl dişlərinin çəkilməsi, o biri dişlərə nisbətən bir az çətindir. Retension dişləri çıxarmaq daha da çətindir. Amma onun çətin və ya asan çıxarılmasının buna heç bir aidiyyəti yoxdur. Elə diş var ki, bir dəqiqəyə, eləsi də var bir saata çıxır. Yəni fikir yürütmək olmaz ki, ağıl dişidir deyə belə olub. Ümumiyyətlə, iltihablı dişdirsə, oradan qana infeksiya keçməsi fikrini savadlı həkim deyə bilməz”.
Həkim "Stomatoloq pasiyent qəbul edərkən, ilk müayinədə nələri soruşmalıdır” sualına belə cavab verib: "İndi dəbdir, hamı qan durulducu dərman atır. Bunu soruşuruq, atırmı ya yox. Ümumiyyətlə, anamnez toplanmalıdır”.
Tanınmış həkim, professor Adil Qeybulla da mövzu ilə bağlı "Yeni Müsavat”a fikirlərini açıqlayıb. O dedi ki, bu məsələ araşdırılmalıdır: "Birincisi, odontogen infeksiyaları istənilən anda mediasinit və digər yayılmış infeksiya yarada bilər. Bəzən pasiyentlərin diş kökündə olan müxtəlif abseslər də yayıla bilər. Xüsusilə divar aralığına, döş qəfəsinə yayıla, ağır nəticələrə səbəb ola bilər. Hər halda, bu araşdırılmalıdır”.
Qeyd edək ki, "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Qərarda diş həkiminin əmək funksiyası haqqında məlumat verilib. Qeyd edilir ki, tutduğu vəzifənin profilinə uyğun olaraq diş, ağız boşluğu və üz-çənə nahiyəsi xəstəliklərinin və zədələnmələrinin diaqnostikası və müalicəsi üzrə işləri aparır. Böyüklər və uşaqlar arasında ağız boşluğunun profilaktikası və sağlamlaşdırılması üzrə işləri yerinə yetirir. Diş həkimi - diş, ağız boşluğu və üz-çənə nahiyəsi xəstəliklərinin və zədələnmələrinin diaqnostikası və müalicəsinin müasir metodlarını; stomatoloji yardımın təşkilinin əsaslarını; stomatologiyada tətbiq olunan müasir aparatları, alət və materialları, xüsusi təhlükəli infeksiya, qazanılmış immunçatışmazlığı sindromuna və ya insanın immunçatışmazlığı virusuna şübhəli xəstə aşkar edildiyi zaman tibb heyətinin iş qaydasını; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; reanimasiya üsullarını; aseptika və antiseptikanın əsaslarını; alətlərin sterilizə olunma qaydalarını; qanaxma, kollaps, anafilaktik şok zamanı ilk yardım metodlarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməlidir.
316 dəfə oxundu