Azərbaycanda həbsdə olan Fransa casuslarından biri o imiş

Azərbaycanda həbsdə olan Fransa casuslarından biri o imiş
Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı erməniəsilli fransız jurnalist Leo Nicolian öz “X” hesabında paylaşıb.

Onun sözlərinə görə, həmin şəxs “Merkorama” MMC-nin baş direktoru Martin Ryandır və o, 2023-cü il dekabrın 4-ü Bakıda saxlanılıb.
Ətraflı
Ad - 00:37

Bildirilir ki, Ryan Bakıdan qovulmuş Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin 2 agenti tərəfindən əməkdaşlığa cəlb edilib.

Xatırladaq ki, daha əvvəl Qərb mətbuatında yayılan məlumata görə, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Məlumata görə, müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.

Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.


Azərbaycanda həbsdə olan Fransa casuslarından biri o imiş



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...