Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib

Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib
2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 152 ölkəsindən 172,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadla xəbər verir ki, gələnlərin 24,0 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 9,9 faizi Hindistan, 8,7 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 3,2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 3,1 faizi Pakistan, 2,2 faizi Küveyt, hər birindən 1,7 faiz olmaqla Türkmənistan və Özbəkistan, 1,5 faizi Çin, 1,4 faizi Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 10,2 faizi digər ölkələrin vətəndaşları olub.
Bildirilir ki, gələnlərin 71,9 faizini kişilər, 28,1 faizini qadınlar təşkil edib:
“Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Çindən - 2,2 dəfə, Tacikistandan - 2,1 dəfə, İspaniyadan - 1,9 dəfə, Hindistandan - 1,7 dəfə, İordaniyadan - 1,7 dəfə, Misirdən - 42,9 faiz, Niderlanddan - 30,4 faiz, Qırğızıstandan - 27,2 faiz, Pakistandan - 25,6 faiz, ABŞ-dan - 23,7 faiz, Yəməndən - 21,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 20,4 faiz, Türkmənistandan - 16,7 faiz, Qazaxıstandan - 15,5 faiz, Fransadan - 13,9 faiz, İtaliyadan - 11,7 faiz artıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 faiz artaraq 5,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 faiz azalaraq 58,4 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 17,3 faiz artaraq 75,9 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi (123,4 min nəfər) hava, 26,4 faizi (45,6 min nəfər) dəmir yolu və avtomobil, 2,1 faizi (3,6 min nəfər) isə dəniz nəqliyyatından istifadə edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...