“Çudo Peçka” Röyanın eks-qayınatasına qaytarıldı

“Çudo Peçka” Röyanın eks-qayınatasına qaytarıldı


“Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin əvvəlki sahiblərinə qaytarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə əməkdar artist Röya Ayxanın eks-həyat yoldaşı Anar Cəlilov sosial şəbəkədə məlumat yayıb. Anar Cəlilov mağazalar şəbəkəsinin yenidən atası Çingiz Cəlilova verildiyini bildirib:

“Son beş ildə "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmiş "Çudo-Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarılıb. Artıq "Bakery Operating Company" MMC-nin və direktoru Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa başlanılıb. Nəticələr barədə məlumat veriləcək”.
Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qursa da, cütlük 2014-cü ilin avqustunda boşanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1030 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...