“ASAN Xidmət” 5 gün işləməyəcək

“ASAN Xidmət” 5 gün işləməyəcək


Azərbaycanda Novruz bayramı ilə əlaqədar 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 martda iş olmayacaq.

Virtualaz.org xatırladır ki, Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-si qeyri-iş gününə-bazar gününə düşdüyündən martın 25-i (cümə günü) qeyri-iş günü hesab olunacaq. Martın 19-u da şənbə gününə təsadüf etdiyindən iş olmayacaq. Beləliklə, Novruz bayramında 9 gün iş olmayacaq. İş martın 28-i, yəni həftənin ilk günü başlayacaq. Amma başqa qurumlardan fərqli olaraq, "Asan Xidmət" cəmisi 5 gün işləməyəcək. Xidmətdən saytımıza bildiriblər ki. onlar 20-24 martda dincələcək, martın 25-i isə işə çıxacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...