London-Bakı-London marşrutu üzrə uçuşları dayandırılır

London-Bakı-London marşrutu üzrə uçuşları dayandırılır


“British Airways” aviaşirkəti cari ilin aprelin 29-dan etibarən London-Bakı-London marşrutu üzrə uçuşları dayandırır. Bu barədə aviaşirkətdən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib.

Məlumatda deyilir ki, "British Airways" daimi olaraq öz marşrut şəbəkəsini nəzərdən keçirir ki, marşrutları müştərilərin ehtiyacı ilə uyğunlaşdırsın: "Aparılan təhlil onu göstərir ki, London-Bakı-London marşrutu üzrə uçuşlar kommersiya baxımından səmərəli deyil. Biz qərara gəldik ki, kommersiya əlverişsizliyi səbəbindən Londonun “Heathrow” aeroportundan Bakıya uçuşları dayandıraq. “Heathrow”dan sonuncu uçuş 29 aprel 2016-cı il tarixində yerinə yetiriləcək və həmin gün Bakıdan Londona sonuncu aviareys həyata keçiriləcək. Səyahət planlarının pozulmasına görə müştərilərimizdən üzr istəyirik və qeyd etmək istərdik ki, göstərilən tarixdən sonra səyahət planlaşdıran müştərilərimizə aviabilet üzrə ödəniş tam geri qaytarılacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...