Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksəlir


Martın 18-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...