Azərbaycana ət idxalı artıb

Azərbaycana ət idxalı artıb


2015-ci ildə Azərbaycana mal, qoyun, donuz və keçi əti idxalı 14,3% artıb. Bu göstərici qiymət ifadəsində cəmi 12,9% artıb, deyə Dövlət Gömrük Komitəsi məlumat verir.

İdxal edilən ətin 1 kq-ı $2,10-a bəyan edilir. Bu, 2014-cü ildəkindən $0,03 çoxdur. 2015-ci ildə Hindistandan Azərbaycana 2647,6 ton, Ukraynadan 1310 ton ət gətirilib. Hindistan mənşəli ətdən əsasən fast-fudlarda, Ukrayna ətindən McDonalds-larda istifadə edilir. Ötən il Azərbaycana 71,8 min baş iri və xırda buynuzlu mal-qara idxal edilib. Bu, 2014-cü ildəkindən 120 min baş azdır. Onların idxalına $45 mln xərclənib. Qəribədir ki, ev heyvanlarının sayı azalsa da, onların xaricdə alınması xərcləri cəmi $ 2,2 mln azalıb.

2015-ci ildə xaricdə 12 670 baş cins mal-qara alınıb. Almaniyadan 5 190, Avstriyadan 1499, Macarıstandan 907, Rusiyadan 4252 baş iri buynuzlu mal-qara idxal edilib. Avropa inəkləri təxminənо $3 000, Rusiya inəkləri $1125-a alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1239 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...