Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən məlumata görə, sabah gecə yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.

Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda isə gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq. Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çağacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə isti, dağlarda isə gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...