Sabiq nazir: "...Mənim özümün də bu Oyunlara töhfəm var"

Sabiq nazir: "...Mənim özümün də bu Oyunlara töhfəm var"

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən çox məmnunan və bunu dəstəkləyirəm.

Bunu Gün.Az-a açıqlamasında sabiq rabitə naziri Siruz Abasbəyli dilə gətirib. O, qeyd edib ki, Oyunlara qalan ərəfədə də ciddi çalışmaq lazımdir. “Ümumiyyətlə, həm bu ərəfədə, həm də Oyunlar zamanı Azərbaycan haqqında avropalılarda olan məlumatları, təsəvvürləri genişləndirmək, həqiqətlərimizi anlatmaq, xüsusilə, uzun illərdən bəri həllini gözləyən Qarabağ məsələsini daha da qabarıq formada onlara çatdırmaq üçün çalışmaq gərəkdir. Bu, hər kəsin borcudur. Yeri gəlmişkən, onu deyim ki, mənim özümün də bu Oyunlara töhfəm var. Yəni, “Qələbələr bizimdir” adlı Avropa Oyunlarına mahnı bəstələmişəm.

Onu Elza xanım Seyidcahan ifa edir. Mahnıya klip də çəkilib, yaxın günlərdə efirlərdə gedəcək. Sözlərini də şair İsmayıl Dadaşov yazib” - deyə, o, sözlərinə əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...