Beynəlxalq Bankın əlavə 3 mlrd. manatdan çox problemli aktivi var "Fitch"

Beynəlxalq Bankın əlavə 3 mlrd. manatdan çox problemli aktivi var


2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının 3 mlrd. manat həcmində toksik aktivləri təmizlənib. Toksik aktivlərin balansdan çıxarılması nəticəsində riskli aktivlərin həcmi də azalıb. Manatın devalvasiyasına baxmayaraq yuxarıda qeyd edilənlər bankın adekvatlıq əmsalının 12% civarında qorunub saxlanmasına imkan verib. "APA-Economics" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.

Agentliyin analitikləri qeyd edir ki, toksik aktivlərin təmizlənməsinə baxmayaraq bankın hələ də 3 mlrd. manatdan çox problemli aktivləri var. Bununla yanaşı, 2016-cı ildə baş tutması gözlənilən 500 mln. manatlıq kapital artımı ilə yanaşı əlavə olaraq problemli aktivlər də balansdan çıxarılmalıdır ki, bankın ödəmə qabiliyyətini tam olaraq bərpa etmək mümkün olsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...