Bu gün iki metro stansiyası açılacaq

Bu gün iki metro stansiyası açılacaq


Bu gün Bakı Metropoliteninin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılışı olacaq. Publika.az xəbər verir ki, artıq hər iki stansiya ərtafında təhlükəsizlik tədbirləri gücləndirilib. Stansiyaların açılışında ölkə prezidentinin də iştirakı gözlənilir. Yenı stansiyalarda fiziki qüsurlu insanların rahatlığı üçün liftlər quraşdırılıb.

"Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. "Avtovağzal" stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart tarixli sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...