"İnsanları şantaj edib mitinqlərə çıxarmaq olmaz"

"İnsanları şantaj edib mitinqlərə çıxarmaq olmaz"

"İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz".

"Trend"-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Milli Şuranın mitinqə gəlməyənləri qorxaq adlandırması məsələsinə münasibət bildirərkən deyib.

Q.Həsənquliyev vurğulayıb ki, "Milli Şura" adlanan qrup açıq şəkildə xalqı təhqir edir: "Onlar deyirlər ki, mitinqə gəlməyənlər qorxaqdırlar. İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz. Hesab edirəm ki, bu qətiyyən yolverilməzdir. Binəqədidə baş verən yanğın hadisəsində vətəndaşlarımızın həlak olması bizi üzür. Ancaq bunu şantaja çevirərək mitinqə çağırış üçün istifadə etmək doğru deyil. Onlar deyirlər ki, azərbaycanlı olduqlarına görə utanırlar. Düzdür. Onlar həqiqətən azərbaycanlı olduqlarına görə utana bilərlər".

Deputat bildirib ki, "Milli Şura"nın sədri Cəmil Həsənli deputat seçilmədikdən sonra ağlına gələni danışır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...