`Rusiya Qarabağ münaqişəsinin həllini istəmir` - Avropalı ekspert

 `Rusiya Qarabağ münaqişəsinin həllini istəmir` -


“Dağlıq Qarabağ münaqişəsi hələ uzun müddət həll edilməyəcək və ya nizamlanma prosesi baş tutmayacaq. Çünki Rusiyanın regionda prioritet mövqeləri var”

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Polşa Beynəlxalq münasibətlər İnstitutunun siyasi eksperti Konrad Zaştovt Dağlıq Qarabağ və Avropa İttifaqının mövqeyi barədə danışarkən bildirib.


“Münaqişənin nizamlanması Rusiya üçün sərfəli deyil, ona görə də münaqişə öz həllini tapmayacaq. Mən rıçaqların qaldığı bir vaxtda münaqişənin həllinin tezliklə baş verəcəyini düşünmürəm. Avropa İttifaqı da bu məsələdə aktiv deyil”- deyə ekspert qeyd edib.

Bundan əlavə Zaştovt Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Qarabağla bağlı bəyanatını xatırladıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...