“Sovetski”dəki tarixi abidələr dağıdılır FOTOLAR

“Sovetski”dəki tarixi abidələr dağıdılır


Yasamal rayonu “Sovetski” adlanan ərazidə, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, dövlət mühafizəsində olan çox sayda daşınmaz tarixi-memarlıq abidələri mövcuddur. Hazırda bu abidələri məhv edirlər. Bunu virtualaz.org saytına “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlov bildirib.

F.Gözəlov deyib ki, abadlıq işləri ilə əlaqədar olaraq, “Sovetski”də kütləvi söküntü işləri aparılır. “Dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrinin monitorinqi aparılıb və Nazirlər Kabineti bəzi abidələrin saxlanılmasına qərar verib. Buna baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyətinin söküntü komissiyası saxlanılması qərara alınan daşınmaz tarixi-memarlıq abidələrinin çoxunun heç bir hüquq müəyyənedici sənəd olmadan sökülməsinə qərar verib”, - deyə F.Gözəlov əlavə edib.

Təşkilat rəhbəri deyib ki, dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrində yaşayan sakinlər öz mənzillərindən köçürüldükdən sonra, abidə bərbad hala salınır, foto çəkilir və aidiyyəti qurumlarla razılaşdırılmadan bir günün içərisində məhv edilir. Hazırda M.Əliyev küçəsi, 124 ünvanında yerləşən 1900-cü ilə aid, inventar nömrəsi 3619 olan abidə söküntü komissiyası və “Azəravtoyol” ASC tərəfindən ağır texnika ilə məhv edilir: “Yasamal rayon, M.Sübhi küçəsi, 63 ünvanında yerləşən, 1908-ci ildə inşa olunmuş, 3607 inventar nömrəli dövlət mühafizəsində olan məscidin sökülməsi prosesinə Yasamal RİH-nin söküntü komissiyası tərəfindən heç bir hüquq müəyyənedici sənəd olmadan hazırlıq işləri aparılır”.

Yasamal Rayon İcra Hakimiyyətindən isə tarixi abidələrin sökülməsi ilə bağlı suala şərh vermək istəməyiblər.


“Sovetski”dəki tarixi abidələr dağıdılır
“Sovetski”dəki tarixi abidələr dağıdılır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...