Azərbaycana rəsmən satılan “Lamborghini”lərin sayı nə qədərdir?

Azərbaycana rəsmən satılan “Lamborghini”lərin sayı nə qədərdir?


Maşınların qiyməti 250 000 avrodan başlayır. Azərbaycanda “Lamborghini” avtomobillərin rəsmi dileri “AvtoLux Azerbaijan” şirkəti satılan avtomobillərin sayını açıqlayıb. GUNDEMİNFO.AZ Oxu.Az-a istinadən xəbər verir ki, şirkətinin direktoru İbrahim Əhmədovun sözlərinə görə, bu günə qədər “AvtoLux Azerbaijan” tərəfindən 5 ədəd “Lamborghini” avtomobili satılıb.

Əhmədov qeyd edib ki, Azərbaycanda “Lamborghini” avtomobillərin ilk rəsmi satış mərkəzi 2014-ci ildə açılıb: “Bu günə qədər “Lamborghini” avtomobillərin rəsmi dileri iki “Lamborghini Aventador”, iki “Lamborghini Huracan” və bir “Lamborghini Gallardo” modeli satılıb”. İbrahim Əhmədov əlavə edib ki, regionda “Lamborghini avtomobillərin yeganə satış mərkəzi Bakıda olduğundan qonşu ölkələrdən gələnlər “Lamborghini Baku” mərkəzinə maraq göstərir.

“Daha çox İran vətəndaşları Bakıya gələrkən “Lamborghini” avtomobilləri ilə maraqlanırlar. Lakin onların qanunvericiliyində bununla bağlı müəyyən maneələr olduğundan avtomobili alıb öz ölkələrinə apara bilmirlər. Yəqin ki, sanksiyaların götürüldükdən sonra yaxın gələcəkdə İrandan bizim müştərimiz olacaq”. Qeyd edək ki, əfsanəvi, elit idman avtomobilləri sayılan “Lamborghini” maşınlarının qiyməti təxminən 250 000 avrodan başlayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...