Ermənilər Tərtər rayonunun Qəzyan kəndini ağır artilleriyadan atəşə tutub

Ermənilər Tərtər rayonunun Qəzyan kəndini ağır artilleriyadan atəşə tutub


Erməni hərbi birləşmələri Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir. APA-nın hadisə yerində olan müxbirinin xəbərinə görə, 20-dən çox mərmi Qazyan kəndinin əkin sahələrinə düşüb. Tərtər rayon Qazyan kənd sakini Yasin Əliyev APA-ya açıqlamasında bildirib ki, yaşayış məntəqəsini hədəf alan ermənilərin atdığı mərmilərdən biri ondan 20 metr aralıda düşüb. Torpağa sancılan mərmi partlamadığı üçün Y. Əliyev xəsarət almayıb. Hazırda cəbhə xəttində gərginlik davam edir.

***

Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir. Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür. Erməni silahlı birləşmələri bu gün saat 18 radələrində Tərtər rayonunun Qəzyan kəndini ağır artilleriyadan atəşə tutub.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, ağır artilleriyadan atılan mərmilər kəndin əkin sahələrinə düşüb.Sakinlərdən xəsarət alan olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...