Azərbaycan orta aylıq əmək haqqına görə MDB-də 3-cüdür

Azərbaycan orta aylıq əmək haqqına görə MDB-də 3-cüdür


Ötən il Azərbaycanda orta aylıq əmək haqqının miqdarı 431 dollar olub. Modern.az Rusiyanın “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstanda sonra 3-cü pillədə yer tutub.

“Vedomosti” qəzetinin məlumatına görə, Azərbaycanda orta aylıq əmək haqqı dollarla ifadədə 2013-cvü illə müqayisədə 111 dollar azalıb. Belə ki, 2013-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 542, 2014-cü ildə 567 və 2015-ci ildə isə 431 dollar olub.

Rusiyada analoji göstərici 936 (2013), 847 (2014) və 558 dollar (2015) olub. “Vedomosti”nin məlumatına görə, Qazaxıstanda 2015-ci il üçün orta aylıq əmək haqqı 549 dollar, Belarusda isə 415 dollardır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...