Yeni özəlləşdirmə proqramında çeklər (pay) necə istifadə olunacaq?

Yeni özəlləşdirmə proqramında çeklər (pay) necə istifadə olunacaq?


Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 19 may 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanda özəlləşdirmə prosesinin yeni dalğasına start verilmişdir.
Bəs proses necə aparılacaq? Bu indi ölkə vətəndaşlarının diqqət mərkəzində olan ən aktual problemlərdən biri kimi izlənilir. Redaksiyamıza müraciət edən bir qrup şəxslər aşağıdakı suallara cavab axtarmaqla bu prosesdə iştirakçı olmaq istəyirlər. Sualları isə mütəxəssislərə - hüquqşunas və iqtisadçılara ünvanlanmışdır. Yenizaman.az internet portalında hər bir mütəxəssisin məsələyə münasibətini də ictimailəşdirməyə hazırıq.


Dövlət tərəfindən vətəndaşlara paylanmış özəlləşmə paylarının 2011-ci ilin yanvarında tədavülünün başa çatmasına baxmayaraq bu gün də dövriyyədə olaraq qalır. Yüzminlərlə təhsil, səhiyyə, dövlət və mədəniyyət işçiləri, əlillər məlum səbəblərdən öz paylarını istifadə edə bilmədilər.

1. Hüquq və iqtisadiyyatla məşğul olanların xəbəri varmı?
2. İçtimayyətin və vətandaşların xəbəri varmı?
3. Özəlləşmə payları dövriyyədən nə vaxt çıxarılmalıdır?
4. Yeni özəlləşmə zamanı çekləri istifadə olunmamış vətəndaşların mülkiyyət hüququ nəzərə alınacaqmı?
5. Özəlləşmə gedişi dövründə infliyasiyanı nəzərə almaqla istifadə olunmamış hər bir özəlləşmə payının real nominal dəyəri ( əvvəlki 1200 dollara 120 qram qızıl düşdüyünü nəzərə almaqla) 7500 manat hesablana bilərmi?
6. Konstitusiya və Mülki Məcəlləni nəzərə alaraq vətəndaşlara düşən mülkiyyət əvəzi əvvəlcədən ödənilmədən başqasına verilə bilməz. Mülki Məcəllədə emitet buraxdığı qiymətli kağızların silinmiş hissəsi qədər məsuliyyətdən azad olunur. Bu halı nəzərə alaraq (55%+15%) istifadə olunmamış özəlləşmə payının qiyməti necə hesablanmalıdır?
7. Verilən sualları hüquqşunas və iqtisadçılar içtimaiyyət üçün nə zaman cavablandıracaq?
8. Bu günə qədər qüvvədə olan "Çek İnvestisya Fondları haqqında” qanun nə vaxt işləyəcək?
9. Dövlət Çek İnvestisya fondları yaradılacaqmı?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...