AFFA-dan klublara böyük məbləğdə CƏRİMƏ

AFFA-dan klublara böyük məbləğdə


AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXXVI turun oyunları ilə bağlı cəzalarını açıqlayıb. Ən ciddi cəzalar "Rəvan" - "Xəzər Lənkəran" matçında baş verənlərlə bağlı verilib.

Qonaq komanda 7000 manat, meydan sahibləri isə 2000 manat ziyana düşüb. Matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Xəzər Lənkəran”a 1000 manat cərimə kəsilib. Daha 1000 manat cərimə 73-cü dəqiqədə klub azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri səbəbindən tətbiq olunub. Bundan 10 dəqiqə sonra “Xəzər Lənkəran” rəsmisi Elvar Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə, texniki zonadan kənarlaşdırılıb. Bu, baş hakim Ramil Diniyevin "Rəvan" lehinə şübhəli penalti qərarından sonra baş verib. Quliyev 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

"Rəvan" isə 78-ci dəqiqədə azarkeşlərinin meydana kənar əşyalar atması səbəbindən 2000 manat ziyana düşüb. Bundan başqa “İnter”lə qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə" 1000 manat cərimələnib. “Kəpəz”lə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Qəbələ” də eyni məbləğdə ziyana düşüb. Oyunun 75, və 85-ci dəqiqələrində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Gəncə klubu 2000 manat cərimə olunub.

“Neftçi” ilə matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Sumqayıt”a 1000 manat cərimə kəsilib. Klub daha 2000 manat cəriməni 80-cı dəqiqədə azarkeşlərinin meydana kənar əşyalar atması səbəbindən ödəyəcək. 83-cü dəqiqədə isə “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
- See more at: http://turkustan.info/news/6293#sthash.5pAwhetV.dpuf



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...