Ərdoğan özünə sayca 26-cı müşavir təyin edib

Ərdoğan özünə sayca 26-cı müşavir təyin edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünə yeni baş müavir təyin edib. Türkiyə mətbuatı yazır ki, yeni baş müşavir AKP-nin Gənclər Təşkilatının sədri olmuş Zəfər Çubukçudur. O, Ərdoğanın sayca 26-cı müşaviridir. 1986-ci il təvəllüdlü yeni müşavir Karabükdə doğulub. O, ODTÜ universitetində İdarəetmə ixtisası üzrə təhsil alıb.

Ötən ay evlənən Çubukçunun nikah şahidi prezident Ərdoğan olub. Ölkə başçısı dövlət rəsmiləri ilə birlikdə Çubukçunun toy mərasimində iştirak edib. Qeyd edək ki, Ərdoğan son dəfə parlament komissiyasında vəzifə tutan Ayşe Türkmenoğlunu baş müşaviri təyin etmişdi. (azvision)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...