Azərbaycanda problemli kreditlər kəskin artıb - HESABAT

Azərbaycanda problemli kreditlər kəskin artıb -


Azərbaycanda kredit qoyuluşunun həcmi 2016-cı ilin aprel ayı üzrə 928,3 min manat və ya 4,72% azalaraq, 18 mlrd 759 min manat təşkil edib. Fins.az bu barədə Mərkəzi Bankın yaydığı hesabata əsasən xəbər verir.

Problemli kreditlərin həcmi aprel ayında 54,8 mln manat artaraq 1 mlrd. 381,3 mln. manata bərabər olub. Bunun da ümumi kredit portfelində həcmi 7.3% təşkil edib. Bu göstərici bir il ərzində 124,7 mln. manat və ya 9,92% artıb. Bununla yanaşı, məbləğ olaraq ilin əvvəlinən etibarən problemli kreditlərin həcmi 127 milyon manat azalıb.

Manatla olan kreditlərin həcmi 9 mlrd. 723,1 mln.manat olub ki, bunun da 726,2 mln. manatını və ya 7,47%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Hesabat dövründə xarici valyuta ilə verilən kreditlər 9 mlrd. 36 mln. manata bərabər olub ki, bunun da 655,1 mln. manat və ya 7,25%-i vaxtı keçmiş kreditlərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
669 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...