Zakir Həsənov ordu rəhbərliyini Bakıya toplayıb

Zakir Həsənov ordu rəhbərliyini Bakıya toplayıb


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, nazirliyin Baş İdarə və İdarə rəisləri, Silahlı Qüvvələrin qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə geniş tərkibdə xidməti müşavirə keçirilib

Bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Müşavirədə Prezident İlham Əliyevin tapşırığına əsasən qoşunların döyüşə hazırlıq səviyyəsinin və idarəetmə orqanlarının fəaliyyətinin hərtərəfli yoxlanılması, döyüş və qarşılıqlı uzlaşmanı təmin edən müxtəlif səviyyəli, o cümlədən hərbi texnikanın və bütün qoşun növlərinin tətbiqi ilə operativ-taktiki təlimlərin keçirilməsinə hazırlıq və qarşıda duran digər tapşırıqlar müzakirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...