“Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” - Fotolar

“Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” -


İyunun 13-də 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” mövzusunda tədbir keçirilib

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçı cənab Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin üzvü Mixail Zabelin, Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Milli Məclisin üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər.

İlk öncə tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında rayonun özfəaliyyət kollektivlərinin iştirakı ilə 15 iyun - Milli Qurtuluş gününə həsr edilmiş konsert proqramını izlədilər.
Konsert proqramından sonra tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 23 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməyimizin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindədir.

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Mixail Yuryeviç Zabelini Rusiya Federasiyasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə iştirakçılar adından təbrik etdi.

Tədbirdə çıxış edən digər natiqlər də 1993-cü il 15 iyunu tarixi qayıdış kimi qiymətləndirdilər. Tarixi faktlara söykənərək qeyd etdilər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Onun yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır, mötəbər tədbirlərə ev sahibliyi edir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

Tədbirin sonunda “Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün də davam etdirilməkdədir” mövzusunda keçirilmiş müsabiqədə fərqlənən bir qrup YAP Qaradağ rayon təşkilatı üzvlərinə fəxri fərmanlar təqdim edilib


“Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” -
“Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” -
“Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” -
“Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” -
“Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” -
“Milli Qurtuluş Azərbaycana əbədi xoşbəxtlik gətirdi” -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...