Vətəndaşların müraciətlərinə etinasız yanaşanlar cəzalanacaq

Vətəndaşların müraciətlərinə etinasız yanaşanlar cəzalanacaq


Azərbaycanda vətəndaşların müraciətlərinə (ərizə, şikayət və təklif) baxılması qaydasında pozuntular məsuliyyət yaradacaq. Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında bildirilib.

Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 594-1-ci maddəyə əsasən, vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətlərə, təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir.

Ya da onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimələnir. Vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” qanunun tələblərinə uyğun olaraq, nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...