Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb. Bu barədə RİA Novosti xəbər yayıb. Aİ, həmçinin Krıma qarşı sanksiyaların vaxtını da 2017-ci ilin iyun ayının 23-nə qədər uzadıb. Bildirilir ki, belə bir qərar yarımadanın Rusiyanın tərkibinə daxil olmasını tanımamaq strategiyası çərçivəsində qəbul edilib: “Aİ ölkələrinin vətəndaşları və Avropa Şurasındakı şirkətlər bu qərara əməl etməyə borcludurlar”. Sanksiyalarda istənilən Krım məhsullarının Aİ zonasına idxalı, Krım ərazisində Avropa investisiyası, mülklərin alınması, biznesin maliyyələşdirilməsi, turizm daxil olmaqla, digər xidmətlərin qadağan edilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, sanksiyalara cavab olaraq Rusiya Qərb ölkələrindən ərzaq idxalını məhdudlaşdırıb. Ərzaq embarqosu 2016-cı ilin avqustun 5-nə qədər davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...