İcra başçısı tərəfindən borcu ödənilən polis danışdı

İcra başçısı tərəfindən borcu ödənilən polis danışdı


Salyan Rayon Polis İdarəsinin əməkdaşı Pərviz Əsgərov icra başçısı Sevindik Hətəmov tərəfindən kredit borclarının ödənilməsi haqda yayılan məlumatlara aydınlıq gətirib.

GUNDEMİNFO.AZ yazır ki, P.Əsgərov AzVision.az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, kreditin ödənilməsi ilə bağlı təklif icra başçısı tərəfindən gəlib.

“Çayda batan oğlan bizim qonşumuzdur. Mən onun cəsədini pula görə sudan çıxarmamışam. Bu, mənim vəzifə borcumdur. Hörmətli icra başçısı Sevindik müəllim də orada idi. O, mənə təşkkür etdi. Dedi ki, bütün kredit borcların mənlikdir, hamısını bağlayacağam. Mən ona borcumun olduğunu deməmişdim. Mən sadəcə bir vətəndaş kimi üzərimə düşən vəzifəni yerinə yetirdim. Sevindik müəllimə təşəkkür edirəm”.

Qeyd edək ki, iyunun 13-də günorta saatlarında Akkuşa çayının Salyan şəhərindən keçən hissəsində suda batmış 15 yaşlı Alxas Sadıq oğlu Mirməmmədovun meyit batdığı yerdən 50 metr aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...