Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başladı

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başladı

Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb. Virtualaz.org bildirir ki, bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya aparılıb. Təlimlər iyunun 30-dək davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...