Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ilk görüntülər - FOTOLAR

Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ilk görüntülər -


Azərbaycan Müdafi Nazirliyi dünən başlayan irimiqyaslı hərbi təlimlərə dair növbəti məlumat və fotolar yayıb. Məlumatda deyilir ki, Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.

Yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılır, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilir.
Təlimlərin planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi və icrasına nəzarət Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən müasir rabitə və müşahidə vasitələrindən istifadə edilməklə həyata keçirilir.
Təlimlər iyunun 24-də yekunlaşacaq.


Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ilk görüntülər -
Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ilk görüntülər -
Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ilk görüntülər -
Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ilk görüntülər -
Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən ilk görüntülər -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...