Bakıda tıxaclara son- YENİ ÜSUL

Bakıda tıxaclara son-


“Dəyişikliyə əsasən işçilərin 20 faizinin iş saatı 07:00-da başlayacaq"

Paytaxt yollarında nəqliyyatın sıxlığını azaltmaq üçün Bakı Nəqliyyat Agentliyi yeni layihəyə başlayıb. Gundeminfo.az xəbər verir ki, Bu barədə publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi tıxacların qarşısını almaqdan ötrü Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları üçün iş vaxtı rejiminin dəyişdirilməsi haqqında qərar verib: “Dəyişikliyə əsasən işçilərin 20 faizinin iş saatı 07:00-da başlayacaq. Birdən-birə işçilərin hamısını bu cür işə cəlb edə bilmərik. Bu iş mərhələli şəkildə həyata keçiriləcək. Bu barədə dövlət təşkilatları, QHT-lərə təkliflər paketi hazırlanaraq göndərilib. Təklif yeni olduğuna görə, hələ cavab almamışıq”.
Bu qərarın paytaxtda tıxacların qarşısını almaq effektinə gəldikdə, N.Allahyarova dedi ki, bunu yalnız bütün qurumlar bu layihəyə qoşulandan sonra demək mümkündür: “İlkin təcrübədən bu cür iş saatının iş şəraitinə normal təsir etdiyi müşahidə edilir. Çünki bu layihədə iş saatı artmır, işçi 8 saatdan çox işləmir. Nə qədər qurumun bu işə nə qədər əməkdaş cəlb etməsi barədə məlumatlar toplanandan sonra tıxacların nə qədər azaldığını müəyyən edə biləcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...