"İran Khodro" Azərbaycanda tikəcəyi zavoddakı payını açıqlayıb

"İran Khodro" Azərbaycanda tikəcəyi zavoddakı payını açıqlayıb


"İran Khodro" şirkəti Azərbaycanda tikəcəyi avtomobil istehsalı zavodunda 20%-lik paya sahib olacaq". Bunu APA-nın İran bürosuna açıqlamasında "İran Khodro" şirkətinin baş direktoru Haşım Yeke Zare deyib. Onun sözlərinə görə, "İran Khodro" zavodu Azərbaycanın özəl şirkətləri ilə tikəcək.

"Azərbaycandakı tərəfdaşlarımızla ilkin razılıq olunur və bir sıra məsələlər ətrafında müzakirələr davam etdirilir. Müzakirələrin tezliklə yekunlaşacağı gözlənilir. Tikiləcək istehsal müəssisəsində bir avtomobil montajı xətti istifadəyə veriləcək. Montaj xətti Azərbaycan tərəfinin investisiyaları hesabına yaradılacaq. Texniki mühəndislik işlərini isə İran tərəfi həyata keçirəcək. Azərbaycanın avtomobil istehsalı sahəsində sərmayə yatırmaq imkanı var ki, bu da qonşu ölkədə avtomobil istehsalı sahəsinin inkişafına səbəb olacaq. İran isə bunu illər öncə edib", - deyə baş direktor qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...