Bakıda daha bir məscid kompleksi istifadəyə verilib

Bakıda daha bir məscid kompleksi istifadəyə verilib


Bu gün Zirə Cümə məscidi kompleksi istifadəyə verilib.

APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Müqəddəs Ramazan ayında yeni məscidin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edən M. Əliyeva son illər Azərbaycanda həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məscidin tikildiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti xüsusi qeyd edib ki, təkcə Xəzər rayonunda dörd məscid yenidən inşa olunub. M. Əliyeva Xəzər rayonunun sakinləri ilə hər görüşünü məmnunluqla xatırlayıb, fəaliyyətində onların dəstəyini, məhəbbətini hiss etdiyini vurğulayıb.

Heydər Əliyev Fondunun prezidentinə Qurani-Kərim hədiyyə olunub.

Bakıda daha bir məscid kompleksi istifadəyə verilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...