"Ləğv olunmuş Dövlət Sosial Təminat Xidmətinin işçiləri məşğulluq orqanlarında yerləşdiriləcək"

"Ləğv olunmuş Dövlət Sosial Təminat Xidmətinin işçiləri məşğulluq orqanlarında yerləşdiriləcək"


"Ləğv olunmuş Dövlət Sosial Təminat Xidmətinin işçilərinin məşğulluq orqanlarında yerləşdirilməsi nəzərdə tutulur".

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlaması zamanı bildirib.

"Dövlət Sosial Təminat Xidmətindən çıxacaq işçi qüvvəsinin böyük əksəriyyəti məşğulluq orqanlarında işlərini davam etdirəcəklər. Çünki həmin sərəncamla məşğulluq orqanlarında çalışanların sayı iki dəfədən çox artırılır. Bu gün əsas fəaliyyət sahəsi kimi məşğulluq, əhalinin işlə təmin olunması, yeni iş yerlərini açılması, vakansiyaların uçotunun aparılması və sair məsələlər durur. Biz artıq üstünlüyü və ağırlıq mərkəzini sosial ödənişlərdən, passiv sosial tədbirlərdən aktiv məşğulluq tədbirlərinə keçiririk. Məşğulluq orqanlarında çalışanların sayı kifayət qədər artırılaraq hər bir rayon, şəhər üçün, hər 11 min nəfərə 1 məşğulluq orqanı işçisi normativi ilə həyata keçiriləcək", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, prezident İlham Əliyevin iyunun 24-də imzaladığı müvafiq fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...